Son Müsahibə…

0
200


Təxminən uzun illərin söhbətidir.Bir gün Yevlaxlı müəllimə.yoldaşım Adilə xanımla Müəllimləri Təkmilləşdirmə İnstitundan dərsdən gələrkən söhbət əsnasında mənim həm də jurnalist oldugumu bildi.Məndən xahiş etdi ki,ən yaxın qohumum var,bəlkə onun haqqında bir yazı yazasan?Çox sevinər, çünki o,diqqətdən kənarda qalıb , onunla maraqlanan yoxdur.
Maragım artdı və münasib vaxt təyin edib onun görüşünə getmək istədiyimi bildirdim.
..Bir neçə gündən sonra Adilə xanımla seminardan çıxıb həmin ünvana-Nizamı küçəsindəki 58 nömrəli binaya getdik.Həyətə girəndə köhnəlmiş taxta pilləkənlə qalxıb 2- ci mərtəbədəki hündür otaqlı bir mənzilin qapısını döydük.Qapını alçaq boylu, arıq ,gülərüz,qarayanız bir xanım açdı.Üzünün qırışlarından hiss etdim ki, yaşı çoxdur, lakin qıvraq, cəld hərəkətləri elə bil onun xəstəliyini gizlədirdi..
Otaga daxil olduq.Diqqətimi təxminən otaq hündürlüündə olan küncdəki saat cəlb etdi.Digər mebellərdən də hiss olunurdu ki, zəngin ailənin evidir.

Bizi xanım içəri dəvət etdi, Adilə xanımla öpüşüb görüşdü.Adilə xanım onu mənə təqdim etdi;
–Haqqında danışdıgım xanım budur,-dedi, mənim əziz Səkinə xalam…
Və biz çay stoluna əyləşdik.Adilə çay süfrəsi hazırlamaqda evin gəlininə kömək etməyə mətbəxə keçdi..
Səkinə xanım elə bil mənim gəlməyimi gözləyirdi ki, öz xatirələrini nəfəsini belə dərmədən belə mənə çatdırsın….

Səkinə xanım sualımı belə gözləmədən birbaşa ürəyindəkiləri söyləməyə başladı…..
Yaşımın 70 dən çox olmasına baxmayaraq hər dəfə xatirə dəftərimi vərəqləyəndə özümü gənc çaglarımda oldugu kimi hiss edirəm….
Elə bilirəm ki,indicə sevimli müəllimim Rəşidbəy Əfəndiyev saçlarımı tumarlayacaq ” mənim əziz balam, şeirini bir də de görüm necə söyləyirsən?”-deyəcək…

Səkinə xzanımı gözləri yaşardı..Fürsətdən istifadə edib 😮 nə şeirdi elə-soruşdum.
–Rəşid bəyin mənə ithaf etdiyi şeiri deyirəm…bir anda sanki gənclik ehtirası ilə həmin şeiri əzbər söylədi:
Ey qızım ,səndə elmə rəgbət var,
Başqa cür səndə qabiliyyət var,
Etmisən yazmaga adət,
Edəcəksən qələm ilə ünsiyyət
Hələ tezdir, tələsmə ,elmə yapış
Gecə -gündüz çalış,Səkinə, çalış
Bir dəqiqə keçirmə vaxtın
Elm ürfanlıdır yolu baxtın
Əgər elmə vasil oldunsa
Hər qüsurunda kamil oldunsa
Olasaqsan ədibə dövran
Səninlə fəxr edir bütün nisvan
Səndə var gizli-gizli istedad
Qoyma onlar ola,qızım,bərbad
Uyma dünyaya ey qızım, sən oxu
Çox yaman şəhridir bu şəhrin Nuxu.
Qulaq asma məvaneyi bəşərə
Baxma dünyada heç bir nəfərə
Başını salla get,ziyadar ol!
Qəfləti -cəhlə uyma bidar ol!
İnkişaf eylə qabiliyyətini,
İzdiyad eylə qədr-qiymətini,
Sizləri bəkləyir Azərbaycan
Xabı-qəflətdədir bütün nisvan.
Açın onlara məktəbin qapısın,
Yıgın o binəvanı elm oxusun
Əgər elmlə yüksələrsə qadın,
Yüksələr cümlə- aləm anda qanın
Quru sözdür nəsihəti Şaki
Əməl eylər kimin var idrakı…
Mənəvi pədərin Rəşidbəy
Əfəndiyev 1925- ci il..
Şeiri sona çatan kimi Səkinə xanımın gözlərindən iki damla yaş əlində tutdugu məktəb illərinin xatirə dəftərinə düşdü…Bərk həyəcanlanmışdı…

-Elə bildim o günləri yaşadım, indicə darülməlumatın
qapısı açılacaq..
Mənəvi atamın qızları Naimə və Mehtaban xanım da içəriyə girəcək, sinfə nəzər salacaqlar..

Məni,Əfruzu,Qızxanımı,Zərifəni, Rüxsarəni,Naziləni,Lətafəti və o birilərini görüb arxayınca dərsə başlayacaqlar..

Səkinə xanım Seyidzadə-Verdiyeva 1912 ci ildə Şəkinin fəhlə ailəsində anadan olmuşdu.1923 ildə o,Nuxa Ünas Pedaqoji Məktəbinə daxil olur, 1927-ci Səkinə və onun digər on rəfiqəsi

darülməlumatın 11 ilk qız məzunu buranı qızıl medalla bitirir.
Həmin vaxtdan Şəkidə,Zaqatalada qız məktəblərində müəllimlik edir.Lakin elmə həvəs onu rahat qoymur.1934-cü ildə Azərbaycan Pedaqoji İnstitunun dil- ədəbiyyat şöbəsinə daxil olur.Bu dövrdə o, bir sıra hekayə,xatirə yazır.İlk hekayəsi olan”Onun ilk müştərisi”ni Yusif Vəzir Çəmənzəminli yüksək qiymətləndirir.
Səkinə xanım İnstitutun ictimai həyatında da fəal iştirak edir.Lakin tibb elminə olan maragı onun sonrakı taleyini müəyyənləşdirir.

Azərbaycan Tibb İnstitunun müalıcə-profilaktika şöbəsini müvəffəqiyyətlə başa vurub uzun müddət oftalmoloji İnstitutda xəstələrin gözlərinə nur paylayanlardan biri olub…..

Böyük Vətən Müharibəsi illərində müxtəlif qospitallarda xalqımızın mərd ogul və qızlarının yenidən həyata qaytarılması üçün əlindən gələni əsirgəməyib….
O, müharibədən sonrakı illərdə tez-tez mətbuat səhifələrində müxtəlif mövzularda məqalələrlə çıxışlar etmişdi.Çıxışların əl yazmaları,xatirə dəftərindən qeydlərin orijinalları Şəki diyarşünasllq muzeyinə verilmişdir.
Səkinə xanımın maariflənməsundə həyat yoldaşı Eyyubun da köməyi çox olmuşdur.

istehzalarından çəkinməmiş yeganə qızı Yavrunun da ali təhsilli geoloq kimi yetişməsinə kömək olmuşdur…..
O zaman fərdi təqaüddə olan Səkinə nənə ilə evində görüşərkən nəticəsi Orxanla bərk məşguletsinO zaman 2 yaşlı Orxan nənədən xahiş edirdi ki,mikroskopla işdə ona kömək etsin .Heç təəccüblənmədik də.Axı, uşaq gözünü açandan nənənin xoş təəssüratlarını dinləmiş,onlarla nəfəs almışdı…
Bu gözəl ana,qaygıkeş nənə,bacarıqlı həkim,savadlı müəllim haqda yazımı hazırlayıb “Ədəbiyyat və İncəsənət” qəzetinə vermişdim.Səkinə ana Adiləyə zəng vurub yazını gözlədiyini,səhhətinin agırlaşdıgını bildirmişdi.
Adilə mənə zəng vurub dedi ki ,Səkinə xanımın vəziyyəri çox pis olsa da “qəzet nə vaxt çıxacaq?”-demişdi.Onda bu vəziyyəti baş redaktor N.Həsənzadəyə bildirdım.Sag olsun ertəsi gün məqalənin dərc olundugunu dedi.Mən onu Adilə xanıma xəbər verdim Adilə xanım xəstəliyinə baxmayaraq qəzeti necə maraqla oxudugunu, sonra kövrələrək agladıgını mənə deyəndə çox sarsıldım …o halda mənə təşəkkür etməyi də unutmamışdı…Bir gün sonra Səkinə xanımın ölüm xəbərini eşidəndə məni dəli aglamaq tutdu.Çox sarmışdım..Amma nə etmək olardı,həyatın qanunlarını poza bilmərik ki! Aglasam da, köxrəlib sarsılsam da köksümdə bir rahatlıq da tapdım: Nə yaxşı vaxtında Səkinə ananın arzusunu ona çatdırdıq.
Mənə elə gəldi ki,o, oxuyub daha da rahat öz əbədi dünyasına köçdü….
Beləcə müsahibəmin son acı müsahibəsini həmişə xatırlayıram……

Nəzakət Kərimova Əhmədova”Yazarlar” və” Carçı” jurnallarının əməkdaşı,AJB nın üzvü, publisist-yazar.