Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev deyib. O. bildirib ki, dünən və bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə Oğuz, Şirvan, Zaqatala, Şamaxı, Lənkəran, Bərdə, Tovuz, Qəbələ, Sabirabad və Şəki rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə 30 mindən çox ağac əkilib, 100 kiloqram toxum səpilib.