Qarlı hava şəraiti ilə əlaqədar son iki gündə Bakıda 50 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Bakı şəhərində dünən 35, gecədən bu dəqiqələrə qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”.