SON DƏQİQƏ: Zərif ÜZR İSTƏDİ

0
375
SON DƏQİQƏ: Zərif ÜZR İSTƏDİ

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Qüds” Qüvvələrinin keçmiş komandiri Qasım Süleymanini tənqid etdiyi gizli müsahibəsindəki sözləri üçün üzr istəyib.

Bu barədə Zərif sosial media hesabında paylaşım edib.

İran siyasətində sərt təpki alan sözlərinin bəzi qruplar tərəfindən siyasi vasitə olaraq istifadə edildiyini söyləyən Zərif, ifadələrinin Süleymani və ailəsini sevənlərə zərər verdiyini qeyd edib.

“Məni ittiham edənlərin və mənə böhtan atdıqlarına inandıqlarımın hamısını bağışladım. Ümid edirəm ki, böyük İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusən də uca ailəsi məni bağışlayacaq”, – XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, M.C.Zərifin jurnalist Səid Leylaza 2021-ci ilin mart ayında verdiyi və hökumət arxivində yer alan müsahibəsi sızdırılaraq Londonda yerləşən İran Beynəlxalq Televiziyası tərəfindən 25 aprel tarixində yayımlanıb. Sözügedən müsahibədə Zərif İran İnqilab Keşikçiləri Ordusunu və keçmiş “Qüds” Qüvvələri Komandiri Qasım Süleymanini xarici siyasətə müdaxilə etməkdə günahlandırıb. Zərifin reportajdakı açıqlamaları ölkədəki mühafizəkarların sərt reaksiyasına səbəb olub və İran XİN rəhbərini istefaya səsləyiblər.