
Türkiyə Daxili İşlər Nazirliyi PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində 718 nəfər saxlanılıb.
PKK/KCK-nin fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində aparılan istintaq zamanı saxlanılanlar arasında HDP-nin rayon və bölgə rəhbərlərinin də olduğu ortaya çıxıb.
40 rayonda keçirilən əməliyyatlarda çox sayda silah, təşkilati sənədlər və rəqəmsal material ələ keçirilib.