Dekabrın 20-də Ukrayna Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.
Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb. Rusiya ordusunun endirdiyi zərbədən sonra Borispol hava limanı yaxınlığında anbarlar yanıb .
“Ukraynaya böyük zərbə. İlkin olaraq enerji obyektləri və qərar qəbuletmə mərkəzləri hücuma məruz qalıb”, – nəşr yazıb.
Kanalın ilkin məlumatına görə, hücum hipersəs raketləri ilə həyata keçirilib. Ən azı beş zərbə endirilib.
“Hücum general İqor Kirillovun qətlinə görə cavab zərbəsi sayılır”, – kanal bildirib. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.