Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyat tədbirləri nəticəsində 15 iyul çevriliş cəhdindən sonra 3 il ərzində ölkəni tərk etməyə çalışan 557 nəfər sərhəddə yaxalanıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, 2016-cı ildə 18, 2017-ci ildə 149, 2018-ci ildə 266, bu ilin geridə qalan dövrü ərzində isə 124 FETÖ-çu Ədirnə ərazisində saxlanılıb, onların Yunanıstan vasitəsilə Avropaya qaçmasının qarşısı alınıb.