Son 500 ilin ən güclü zəlzələsi: Dəfələrlə xəbərdarlıq edib ki…

0
263

Mütəxəssislər fevralın 6-da səhər saatlarında Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələnin gücünə münasibət bildiriblər.

Türkiyənin “Cümhuriyyət” qəzetinin məlumatına görə, türkiyəli seysmoloq Naci Görur bildirib ki, son 500 ildə bölgədə belə güclü təkan olmayıb. O vurğulayıb ki, gözlənilən güclü zəlzələ ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin insanlar buna məhəl qoymayıblar.

Onun sözlərinə görə, güclü təkanlar ola bilər, ona görə də qəzalı evlərdə yaşayanlar onları tərk etməlidir.

Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş vilayətində saat 04.17-də 7,4 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub.

Suriyanın bir neçə bölgəsində də dağıntılar olduğu bildirilir və zəlzələ Livanın paytaxtı Beyrutda da hiss olunub. Türkiyədə baş verən zəlzələdən sonra 284 nəfər ölüb, 2383 nəfər yaralanıb.