Son 10 ilin ən yaxşılarından ibarət yığma – FOTO

0
299

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası Cənubi Amerika Konfederasiyasının son ildə ən yaxşı oyunçularından ibarət yığmanı təqdim edib.

Ən yaxşıların daxil olduğu yığmada qapıçı Braziliya millisindən Julio Sezar olub. Müdafiə xəttinə Dani Alves, Tiaqo Silva, Marselo (Braziliya) və Xavier Maskerano (Argentina) daxil olub. Ən yaxşıların yığmasında orta xətt yarımmüdafiəçilər Kasemiro (Braziliya), Anhel Di Maria və Lionel Messidən (Argentina) təşkil olunub.

Hücum xəttinə isə Neymar (Braziliya), Serxio Aquero (Argentina) və Paolo Herrero (Peru) daxil ola bilib.