Soltan Məmmədov: “Əyani tədris yoluxmanı artırarsa, Nazirlik və TƏBİB…” – VİDEO

0
299

Həm Səhiyyə Nazirliyinin, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in istənilən ssenariyə hazır olmaq üçün fəaliyyət planı var. Yəni məktəblər açılmasından sonra epidemioloji vəziyyət dəyişərsə və yoluxmaların sayı artarsa, hansı tədbirlərin həyata keçirilməsi təcrübəsi artıq mövcuddur.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

“Əhalimiz son aylardakı kimi yenə də həmrəylik nümayiş etdirərək peyvənd proqramına geniş miqyasda cəlb olunsa, əminəm ki, karantin rejimi qaydalarının sərtləşməsinə heç bir ehtiyac qalmayacaq. Peyvəndlənmə prosesi ilə əhalinin əksər hissəsinin immunitet qazanması nəticəsində nəinki təhsil sahəsində, həmçinin digər sahələrdə də yumşaldılmalara getmiş olacağıq. Bunun üçün peyvənd proqramının bu gün apardığımız səviyyədə davam etdirilməsi, peyvənd olunan və ya yoluxub sağalanların karantin qaydalarını unutmaması lazımdır. Maska, sosial məsafə və s. qaydalara riayət etməliyik. Əminəm ki, bundan sonra biz addım-addım yumşaldılmaların şahidi olacağıq”, – deyə o bildirib.