05.02.2025- ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan ” Kürdəmir rayon Gənclər Evi” sosial xidmət müəsissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan Kürdəmir rayonunun ilk şəhidi Adəm Əliyevin xatirəsinə həsr olunmuş AYB və AJB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı
” SOLAN GÜNƏSİM” adlı kitabının təqdimatı keçirilidi.Tədbiri giriş sözü ilə ilk öncə Raziyə Kamilqızı qonaqları salamladı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsi ehtiramla anılaraq tədbir açıq elan edildi.Tədbirdə şəhid ailələri,icra nümayəndəsi,təhsil işçiləri,ziyalılar,məktəblilər,
tibb işçiləri,müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri,Qəbələ rayonundan şəhid ailəsi və yazarlar iştirak etdilər.Çıxış edən hər kəs qəhraman oğullardan biri olan Adəm haqqında qürurla danışdılar.Gənclər Evinin direktoru Nicat Ağahəhimov şəhidlərin xatirəsini əziz tutduqlarını və mütamadi olaraq belə tədbirlər keçrfiklərini bildirdi.Şəhid Adəm Əliyevin anası Akifə xanım oğlu ilə bağlı xatirələrini danışdı.Tədbirin sonunda AYB və AJB- nin üzvü yazar Raziyə Kamilqızı çıxış edərək belə gözəl tədbirin hazırlanması üçün Kürdəmir rayon İcra hakimiyyətinə, və Kürdəmir rayon “Gənclər Evinin” direktoruna və kollektivinə,gələn qonaqların hər birinə təşəkkür edərək şəhidlərin əziz xatirəsinə həsr etdiyi “SOLAN GÜNƏŞİM”adlı kitabını təqdim etdi.Daha sonra isə xatirə şəkili çəkildi.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/e8ed0fb6-65fb-4110-a42a-f132740b76c6-1024x768.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/d87fc7a9-420a-4b51-ae1a-7f1a40e072bf-768x1024.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/1abefcf2-4724-4b1b-b43a-cef012001d3a-768x1024.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/d3a587d3-a824-4ed5-a677-56224fe93273-768x1024.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/d02f0e89-6f79-4b24-900b-71fcf9af7555.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/03917798-7e2a-4d29-8e57-832e16345136.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/0a792363-032d-4563-946c-1db2ae8d04e2.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/4220faa0-f20a-404f-b46c-d30bc9f705b6.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/92e2fe41-6b74-49ff-a6e3-be4631f3dd79.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/1eb5e790-5313-4a73-9578-00675180d9ba.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/682439e6-f5a6-4c3f-9287-97a5e6115b7e.jpeg)
![](https://ictimaixeber.az/wp-content/uploads/2025/02/bc284f6c-55a8-4bbe-b004-3f4e4174ca1f.jpeg)