1920-ci ildə Fransanın paytaxtı Parisdə nəşr olunan “L’Œuvre” qəzetində: “Rusiya Zəngəzuru erməniləşdirdi” başlıqlı bir yazı dərc olunub.
Yazıda 1920-ci il iyulun 1-də Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında Azərbaycanın tatarlar (azərbaycanlılar) yaşayan bölgəsinin Ermənistana verilməsi haqqında müqavilənin imzalandığı qeyd olunub.
Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur Azərbaycan xalqının iradəsi və rizası olmadan Ermənistanın kommunistləşməsi qarşılığında RSFR tərəfindən bu ölkəyə beynəlxalq hüquqa zidd olaraq qanunsuz şəkildə verilib.