ŞOK: Kremldən mediaya Azərbaycanla bağlı QADAĞA

0
172

Azərbaycana qarşı aqressiya və təhdidə görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsindən qovulan Mixail Aleksandrov erməni mediasına sensasiya sayılacaq açıqlama verib.

O, Rusiyanın kifayət qədər nüfuzlu media qurumuna müsahibə verərkən Azərbaycanla bağlı xəbərdar edildiyini bildirib. Qeyd edib ki, Rusiya mediasına Azərbaycanı tənqid etməmək göstərişi verilib.

Mixail Aleksandrov bu göstərişin kim tərəfindən verildiyini dəqiq bilmədiyini deyib. Ehtimal olaraq ki, “Rusiya mediasına kuratorluq edən” Kremlin mətbuat katibi Dmitri Peskovdan tapşırıq gələ biləcəyini irəli sürüb.

Xatırladaq ki, Mixail Aleksandrov Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycana qarşı düşmənçilik bəyanatları səsləndirmiş və Rusiyanın Bakının neft strukturuna zərbə endirməli olduğunu demişdi. Bu sözlərə görə vəzifəsindən qovuldu, Azərbaycan Baş Prokurorluğu isə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işinin başlanması və beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib.