Şok iddia: Oradan zəng gələcək, Zelenski dərhal Moskvaya uçacaq

0
201

Ukrayna prezidenti Vladimir Zelenski dərhal Moskvaya səfərə gələcək, bir şərtlə ki, bundan əvvəl ABŞ-dan oxşar tələblə ona zəng gəlsin.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin mümkün olub-olmaması sualına cavab verən Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.

Azarovun sözlərinə görə, Ukraynanın Qərb tərəfdaşları belə bir qərar verərsə, Kiyev və Moskva arasında danışıqları qadağan edən hazırkı fərman da ləğv ediləcək.

“Məsələn, ABŞ-ın dövlət katibi Entoni Blinken ona zəng edib deyə bilər: “Qulaq as, davam et və fərmanı ləğv et, əvvəlcə Vaşinqtona get ki, sənə nə etmək lazım olduğunu deyək, sonra isə Moskvaya. Və bu tapşırıq dərhal icra olunacaq”, – Azarov deyib.