SOCAR Türkiyə sosial media mükafatına layiq görülüb.
SOCAR Türkiyə şirkəti bu il onlayn formada keçirilən “Social Media Awards Turkey” mükafatının enerji şirkətləri kateqoriyasında sosial medianı ən yaxşı istifadə edən marka kimi qızıl mükafata layiq görülüb.
“Marketing Türkiye” və “Tick Tock Boom” tərəfindən dörd il davamlı şəkildə təşkil edilən və 55 min şirkətin qiymətləndirməsini aparan Türkiyənin ən prestijli və etibarlı sosial media yarışması olan “Social Media Awards”da SOCAR Türkiyə artıq dördüncü ildir ki, öz kateqoriyasında zirvədə yerini tutub.
Qeyd edək ki, SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan SOCAR Turkey Energy Inc. (SOCAR Türkiyə) 2008-ci ildən fəaliyyət göstərməyə başlayıb.