SOCAR-ın işçiləri könüllü şəkildə öz əmək haqqından 5 milyon manat məbləğində əlavə ianələr toplayıblar.
SOCAR-ın törəmə şirkəti (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.
Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət edirlər.
Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əmək haqqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər ediblər.
SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də yaxın zamanda SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüləcək.
SOCAR-ın müxtəlif müəssisələrində ianələrin toplanması davam edir.