SOCAR-ın 2025-ci ilə kimi hazırlanan strategiyasında alternativ enerji məsələləri yer alıb – RƏSMİ

0
240

“SOCAR şirkətində islahatlar gedir, 2025-ci ilə kimi hazırlanan strategiyada alternativ enerji məsələlərinə də toxunulub”.

Bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

O bildirib ki, şirkət alternativ energetikaya keçidin üzərində çalışır:

“Bu il Türkiyədə 21 yanvarda istehsal olunan enerjinin 51 faizi alternativ enerji mənbələri hesabına alınıb. Türkiyə dünyanın ən iri alternativ enerji istehsal edən ölkələrdəndir. Hazırda dünyada bu sahədə 11-ci yerdədir və ilk onluğa girmək niyyəti var. Biz də bu prosesi izləyirik və bu sahəyə maraq göstəririk”.