SOCAR bu il 5,4 milyon tonadək neft və 3,5 milyard kubmetr təbii qaz ixrac edib

0
406

Cari ilin birinci rübündə SOCAR tərəfindən ölkədən 5,4 milyon tonadək xam neft, 3,5 milyard kubmetr həcmində təbii qaz ixrac olunub.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 milyard kubmetr təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur. Ölkədə qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub.