“Sobsan” boya fabrikində baş vermiş yanğında xəsarət alan beş nəfər xəstəxanaya çatdırılıb – YENİLƏNİB+VİDEO

0
648

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.

Hadisə zamanı beş nəfər xəsarət alıb.

Onlar təcili xəstəxanaya çatdırılıblar.

21:01

7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.

FHN-dən verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib.

20:37

Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.

Hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.