Skoda Rusiya üçün yeni Rapid liftbekini hazırlayıb

0
394

Skoda Scala modelinin debüt etməsi, onun Rapid modelinin əvəzləyicisi olacağı anlamına gəlmir. Hər halda, bu əvəzləmə Avropa üçün aktualdır. Sən demə, çex istehsalçısı Rusiya daxil olmaqla, bir neçə ölkədə yeni Rapid modelini təklif etmək niyyətindədir.

Çex markasının Ruisya nümayəndəliyinin rəhbəri Yan Prohazka 2020-ci ildə “xüsusi olaraq rusiyalılar” üçün hazırlanmış Rapid modelinin debüt edəcəyini bildirib. Rusiyadan başqa, bu model bir neçə ölkədə də təklif olunacaqdır. Lakin o, bu ölkələri dəqiqləşdirməyib. Çox güman ki, bu ölkələrdən biri də Hindistandır.

Üstəlik, “Za rulyom” jurnalına müsahibə verən Skoda rəsmisi Avropa bazarında Rapid modelini əvəzləmiş Scala modelinin Rusiyada satılmayacağını bildirib. Xatırlayırsınız isə, Skoda Rapid iki kuzovla – liftbek və Spaceback adlanan universal kuzovu ilə təklif edilirdi. Çex markası rusiyalılar üçün ikinci nəsil Rapid liftbekini hazırlamaq niyyətindədirlər. Bəs Spaceback? Bu barədə söhbət belə açılmayıb. Məlum məsələdir ki, Spaceback əsasən avropalılara ünvanlanmışdı.