Sizin haqqınız ödənilməzdir

0
442

2-ci Qarabağ Müharibəsinin fəal iştirakçılarından biri də vətənin mərd, qeyrətli oğlu Camal Mövsüm oğlu Hadıyevdir. Camal könüllü şəkildə karyerasını yarımçıq qoyaraq Vətənin dar günündə bir gün belə düşünmədən döyüşə yollanır.
Camal Hadıyev 1999-cu ildə Lənkəran şəhər Nərimanabad qəsəbəsində anadan olub.Ailədə yeddi uşaqdır. Qəhrəmanımız həmçinin ölkəmizi sərhədlərimizin hüdudunda tanıdan idmançıdır. İdmanın boks növü üzrə həmyaşıdları arasında keçirilən mötəbər yarışlarda dəfələrlə qalib gələrək 1-cilik əldə edib.
30 illik nisgilə həsrətə, işğala son qoyulmasında, Vətən torpağının azad edilməsində Camalın da payı vardı. Füzuli,Cəbrayıl ,Qubadlı,Laçın dəhlizində gedən döyüşlərdə tarix yazıb. Qarabağın göz bəbəyi Şuşanın işğaldan azad edilməsində yaxından iştirak edərək adını qəhrəman igid kimi tarixə yazdı. Qatıldığı döyüşlərin birində yaralanmasına baxmayaraq döyüş yoldaşlarını tək buraxmamaq üçün yenidən döyüş bölgəsinə qayıtmalı olur. Bu cür qeyrətli Azərbaycan oğullarını tərif etmək üçün kəlmələr yetərsizdir. Sizlərin sayəsində biz alnımızdan ləkəni silə bildik.Camalla çiyin-çiyinə döyüşən leytenant Emil Qurbanov şəhid olub.Camalın sözlərinə görə Emil Qubadlı uğrunda gedən döyüşlər zamanı böyük sücaət göstərib.Allah rəhmət etsin. Sizlərin sayəsində Qarabağ azad və hürrdür. Sizin haqqınız ödənilməz! Var ol Azərbaycan əsgəri!