Sızanaq peyvəndi hazırlandı – Dünyada ilk

0
13

Sızanaq üçün ilk peyvənd hazırlanıb və hazırda sınaq mərhələsindədir.

Əgər klinik sınaqlar uğurla başa çatsa, bu peyvənd dünyada satışa çıxarılan ilk sızanaq peyvəndi olacaq.

Peyvəndi mərkəzi Fransada olan Sanofi şirkəti üzündə orta və ağır dərəcədə sızanaq problemi olan böyüklər üçün hazırlayıb. Sızanaq adətən yeniyetmələrdə hormonal dəyişikliklərə həssaslıq səbəbindən yaranır, lakin genetik amillər, dərmanlara qarşı həssaslıq və C. acnes bakteriyası da bu problemin yaranmasına səbəb ola bilər.

Yeni peyvənd mRNA texnologiyası ilə hazırlanıb və orqanizmin bu bakteriyaya qarşı immun cavabını gücləndirməsi məqsədi daşıyır. Bu texnologiya bədənin patogenə qarşı müdafiəsini öncədən hazırlayaraq gələcəkdə onu tanımasına və mübarizə aparmasına kömək edir.

2024-cü ilin aprelində başlanan klinik sınaqlar 2027-ci ilə qədər davam edəcək və bu müddətdə 18-45 yaş arasında olan, üzündə orta və ağır dərəcədə sızanaq problemi yaşayan 400 nəfər iştirak edəcək.

Əvvəlki sızanaq müalicələri uzun müddət davam edən və ağır yan təsirlərlə müşayiət olunan üsullar idi, bu peyvənd isə həmin müalicə formalarını əvəz edə bilər.