Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda güclü qorxu və panikaya səbəb olur.
Çağımızın yeni xəstəliyi kimi göstərilən bu anlayış daha çox yeniyetmə və gənclərdə müşahidə edilir. Rəqəmsallaşma ilə hər gün həyatımıza bir çox fərqli anlayış və davranışlar daxil olur və zaman keçdikcə gündəlik həyatımızın bir hissəsinə çevrilir. Nomofobiya sadəcə olaraq telefonunuz yanınızda olmadıqda hiss etdiyiniz çaxnaşma və qorxu deməkdir. Yəni söhbət insanın internet olmadığı, batareyanın tükəndiyi və ya telefonuna çata bilməməsi zamanı keçirdiyi qorxu və panikadan gedir. Bir növ, bunu bir asılılıq kimi düşünə bilərik.
Bu maraqlı tərif ilk dəfə 2008-ci ildə Birləşmiş Krallıq Poçt İdarəsi tərəfindən sifariş edilən bir araşdırmada irəli sürülüb. 2100-dən çox insan arasında aparılan araşdırma, iştirakçıların 53 faizinin nomofobiya yaşadığını göstərib. Əslində, iştirakçılardan niyə telefonlarını heç vaxt söndürmədiklərini soruşduqda belə cavablar verilib:
– 55 faiz deyir ki, ailəsi və dostları ilə əlaqə saxlamalıdır,
– 10 faizi işə görə,
– 9 faiz isə telefonlarını söndürməyin onları narahat etdiyini bildirib.