Müxtəlif yaş həddi olan insanlara vitamin vacibdir. Hələ siz 40 yaşını tamamlamısınızsa, mütləq hər gün vitamin qəbul etməlisiniz.
Hər vitamin orqanizmdə bir funksiyaya kömək edir:
Vitamin C – O sizə nə üçün lazımdır?
Vitamin C sizə daha çox yeniyetmə yaşınızda lazımdır. Bu vitamin boyunuzun hündür olmasına kömək edir. Həm də sağlamlığınzın qayğısına qalmaqda sizin üçün ən yaxşı vasitədir. Həm də bu vitamin qandakı dəmiri artırır, yaranın tez sağalmasına kömək edir. Vitamin C həm də ürək ağrılarının qarşısını alır, sizi onkoloji xəstəliklərdən qoruyur. Hər gün 40 qram C vitamini qəbul etməyiniz məsləhət görülür. Sitrus meyvələrinin, qarağatın, almanın, tərəvəzlərin tərkibində olur.
Risk: vitamin C azlığı anemiyaya, yaranın gec sağalmasına səbəb olur.
Vitamin D
Vitamin D orqanizmdə kalsiumun mövcudluğu, sümüyün və dişlərin sağlamlığı üçün lazımdır. Gündə 10 qram qəbul edilməlidir. Vitamin D-ni siz günəş vannası zamanı qəbul edə bilərsiniz. Eyni zamanda balıq, marqarin yağı, yumurta, ət, süd məhsullarının tərkibində də bolluca D vitamini var.
Risk: Vitamin D çatışmazlığı zamanı infeksiya qapmaq riski artır.
Sink
Sink insana immun sisteminin normada çalışması və yaraların tez sağalması üçün vacibdir. Gün ərzində 7 qram sink qəbul edilməlidir. Sink südün, pendirin, qaban ətinin, çörəyin, yumurtanın, balığın tərkibində mövcuddur.
Risk: sink çatışmazlığı insanın immun sisteminin zəif olmasına, tet-tez infeksion xəstəliklərinə tutulmasına səbəb olur.
Vitamin B12
O, sizə qan dövranınızın yaxşı inkişaf etməsi üçün lazımdır. Gün ərzində 2-3 qram qəbul edilməlidir. Vitamin B12 ətin, balığın, çərəzlərin tərkibində mövcuddur.
Risk: azlığı anemiyaya, əsəb sisteminin pozulmasına, dırnaqların tez-tez sınmasına, baş gicəllənməsinə səbəb ola bilər.