Siyavuş Novruzov xəsarət aldı – Təcili əməliyyata götürüldü

0
13

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.

Millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.

Siyavuş Novruzov idman edən zaman diz nahiyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.

Siyavuş Novruzov məlumatı təsdiq edib.