Siyəzəndə 71 yaşlı kişinin çürümüş meyiti aşkarlanıb

0
122

Siyəzəndə evdə çürümüş kişi meyiti tapılıb.

Hadisə Siyəzən şəhəri, Orucəli Qoçəliyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1952-ci il təvəllüdlü Nurəddin Manafovun meyiti yatağında çürümüş vəziyyətdə aşkar edilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.