Siyəzən polisindən tənha yaşayan rayon sakinlərinə yardım – VİDEO

0
520

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tənha yaşayan rayon sakinlərinə ərzaq yardımı ediblər.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon və kəndlər ərazisində yaşayan kimsəsiz və aztəminatlı sakinlərin qayğılarına qalaraq, vətəndaş mövqeyi sərgiləyiblər.

Bütün ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan polis əməkdaşları qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə ediblər. Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər.

Həmçinin, RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları bir daha izah olunmaqla yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Bu tədbirlərdən əlavə DYPB-nin inspektorları tərəfindən rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.