Situasiya dəyişir, ABŞ icazə verəcək: Müharibə Rusiyanın dərinliklərinə yayılacaq

0
87

Yaxın həftələrdə ABŞ Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə qadağa qoyulması ilə bağlı mövqeyini dəyişə bilər.

Bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb.

Nəşrin həmsöhbətləri hesab edirlər ki, Vaşinqton Kiyevə dünya liderlərinin BMT Baş Assambleyasının Nyu-Yorkda sentyabrın 22-23-də keçirilməsi planlaşdırılan görüşünə qədər Rusiyayanın dərinliyinə zərbələr endirməyə icazə verə bilər .

“Whitehall” mənbələrindən biri ABŞ administrasiyasının bəzi rəsmilərinin fikirlərini dəyişdiyini, lakin hələ də Co Baydeni və başqalarını inandırmaq məcburiyyətində olduqlarını iddia edib.

Qeyd olunur ki, Fransa və Böyük Britaniya Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəni dəstəkləyir, lakin Kiyevin hədəflə bağlı texniki səbəblərə görə ABŞ-dan icazə alması vacibdir.