Sistem çökdü: Korona testi mesajları səhv gedir – Diqqət!

0
627

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Bu barədə  məlumat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilib.

Agentlik yanlışlığa görə vətəndaşlardan üzr istəyib:

“Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.