Şirvanın fədakar oğulları

0
282

Otuz ilə yaxın mənfur düşmənin işgalı nəticəsində əsir qalmış Qarabag torpagının azad edilməsində xalqımızın mərd,igid ,vətənpərvər ogulları canlarınını fəda edərək şəhidlik zirvəsinə ucaldılar…
Bu gün şəhid ailələrinə,qazi və müharibə iştirakçılarına dövlətimiz tərəfindən xüsusi qaygı və diqqət göstərilir.
Bunlarla yanaşı imkanlı şəxslər xeyirxah işləri ilə tanınır,belə ailələrlə daim təmasda olur ,imkansız ailələrə yardım edirlər.
Belə ənənəni davam etdirənlərdən–Elşən və Rəşad Camalov qardaşları barədə xoş sözlər demək olar.
Şirvanda onların şəhid ailələrinə,qazi ,müharibə veteranları,imkansız ailəlırə göstərdikləri qaygı və diqqətdən çox danışırlar.
Maraqlandıqda öyrəndik ki, bu qardaşlar mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun ogullarıdır.
O Yavər Camalovun ki, Vətənə,millətə,dövlətə sədaqətlə xidmət edən,qeyrətli ogul,bir vətənpərvər, hörmətli ziyalı olmuşdur.
Yavər Camalovun yeni silahlar istehsalı sahəsində layihələrin reallaşdırılması,uzaq mənzilli raketlərin istehsalında xidmətləri layiqincə qiymətləndirilmiş,o,” Əməkdar Mühəndis”,”Şöhrət”ordeni ilə Prezidentimiz tərəfindən təltif olunmuşdur.
Tutduğu vəzifələrdən asılı olmayaraq daim işgüzarlıq,peşəkar təşkilatçılıq bacarığı,dövlətçilik,dərin məsuliyyət hissi ona hörmət qazandırmışdır.
Bu gün bu nüfuzlu hörmət sahibinin ogulları da xeyirxah əməlləri ilə Şirvanda hörmət qazana bilmişlər.
Belə ki,həmişə oldugu kimi,bu bayramda da şəhid ailələri,Qarabag qaziləri,Çernobıl əlilləri,Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrə bayram sovqatı hazırlamışlar.

Bu xeyriyyə işlərini təşkil edən Billurə anaya və vətənpərvər oğullara Elşən və Rəşad Camalovlara xeyirxah əmələrində ugurlar diləyirik.
Bayramınız mübarək əziz həmvətənlərimiz, dogma Azərbaycan!!

Nəzakət Eminqızı(Əhmədova),

AJB-nin üzvü,”Yazarlar” jurnalının əməkdaşı,DAMM-nin Ekspertlər Şurasının sədri.