Milli-mənəvi dəyərlərimizin daşıyıcılarından olan teatr sahəsinə marağın getdikcə azaldığı bir dövrdə ortaya çıxan fəaliyyətlər hər zaman gəncliyimiz üçün əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə bu yönə istiqamətlənən, teatr, aktyorluq, rejissorluq və digər sahələrdə təhsil alan gənclər yetərincə olsa da bu sahədə böyük təşəbbüslərə nadirən rast gəlinir. Bu fəaliyyətlərdən biri də yaxın zamanlarda Şirvan Şəhərində baş tutub. Beləki, Şirvan Gənclər Evinin əməkdaşı olan Rəşad Aslanın ideya müəllifi olduğu “Teatr Asılqandan Başlayır” Iayihəsi Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi “İdeanı Reallaşdır-2022” qrantının qalibləri sırasında yer almış və 3 ay müddətində Şirvan məktəbliləri və gəncləri üçün fəaliyyət göstərmişdir. Şirvan Gənclər Evi, Şirvan Gənclər Evi, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Şirvan şəhər Mədəniyyət Mərkəzi, Şirvan-Salyan Regional Təhsil İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin də tərəfdaşlığı ilə baş tutan layihədə bu sahədə marağı olan gənclər bir yerə toplanmış və layihənin tələblərinə cavab verən gənclər ümumşəhər gənclərinin iştiarkı ilə hazırlanan yekun tamaşada çıxış etmişlər. Senarisi layihə rəhbəri Rəşad Aslana sırf aid olan və layihə üçün yazılan və tariximiz qanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarından İlham və Fərizənin həyatından bəhs edən “Göyərçin Gərdanlığı” tamaşası 6 mart 2023-cü il tarixində Şirvan şəhər Mədəniyyət Mərkəzinin səhnəsində canlandırılmışdır. qeyd edək ki, şəhər ictimaiyyətinin marağına səbəb olan tamaşanın quruluşunda tanınmış teatr və fil aktyoru və rejissor Vahid Orucoğlu da iştirak etmiş və gənc, həvəskar aktyorlara öz bilik və bacarıqlarını aşılamışdır. Azərbaycan Gənclər Fondunun “Gənc İstedad” mövzusu istiqamətində maliyyələşdirdiyi bu layihə şəhərin incəsənət xüsusilə də teatr sahəsində canlanmaya səbəb olmuş və elə layihə rəhbəri Rəşad Aslanın təşəbbüsü ilə yaradılan “Rəşan Dram Teatrı”-nın inkişafına müsbət təsir göstərmişdir.