Ermənistan mediası Qarabağda ləğv edilən separatçı rejimlə bağlı sirləri yaymağa başlayıb.
Belə məlumatlardan biri hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın qondarma rejimin “rəhbərliyindən” “istefa” verməsindən öncə Xankəndidə keçirilən 6 saatlıq qapalı görüşlə bağlıdır.
“İravunk” nəşri Araik Arutyunyan, separatçıların keçmiş “rəhbərləri” – Arkadi Qukasyan və Bako Saakyan – eləcə də, Samvel Babayanın iştirak etdiyi 6 saatlıq görüşün təfərrüatları ilə bağlı məlumat əldə edib.
“Məlumatlı mənbələrin bildirdiyinə görə, Samvel Babayan həmin vaxt mövcud olan ağır vəziyyəti 30 il ərzində həyata keçirilən talana və korrupsiyaya görə olduğunu deyib. Arkadi Qukasyan da onun əməllərindən danışıb. “Heç olmasa, talançılıqdan danışma, otur yerinə” deyib. Görüşdə qarşıdurma yaşanıb, daha sonra Babayan sakitcə oturub”, – nəşr qeyd edir.