Pandemiya ilə əlaqədar bütün dünyada sirk tamaşaları təxirə salınıb.
Məşhur sirk artistləri də COVID-19-la bağlı zərər çəkənlər üçün İsveçrə Alpında xüsusi fəndlərini nümayiş etdiriblər.
Akrobat Ramon Katriner təhlükəli “Ölüm təkəri” fəndi ilə bağlı xəyalını həyata keçirib.
İtaliyalı rəqqasə Şeyla Nikoloji ecazkar rəqsi ilə pərəstişkarlarını heyran edib.
İsveçli akrobat Freddi Nok isə 3 000 metr hündürlükdə gözübağlı velosiped sürüb, bununla da üçqat rekorda imza atıb.