ı
Dünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 120 min insan siqaretdən istifadə etdiyi üçün vaxtından əvvəl dünyasını dəyişir
Hər il kişilər arasında siqaretdən istifadə etməyənlərin (passiv istifadəçilərin) 7,6 faizi, qadınların isə 4,7 faizi başqalarının bu məhsuldan istifadə edərkən məruz qaldıqları zərərli təsirləri nəticəsində ağciyərlərində xərçəng xəstəliyi əmələ gətirərək onların ölümünə səbəb olur.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 120 min insan siqaretdən istifadə etdiyi üçün vaxtından əvvəl dünyasını dəyişir. Ümumilikdə siqaret 90 toksin və xərçəng yaradan maddələri özündə cəmləşdirir ki, passiv istifadəçilər də qeyd edilən zərərli maddələrin təsirlərinə məruz qalırlar. Bununla yanaşı siqaretdən passiv istifadəçilərdə beyinə qansızma riski 20-30 faiz təşkil edir.