
Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk COVID testi hazırlanıb.
PCR testi “Bio Acumen Global” əczaçılıq şirkəti tərəfindən yaradılıb.
Test dəsti istifadə zamanı üç nəticədən birini verə bilər: COVID-19 üçün müsbət və “Omikron” üçün müsbət, COVID-19 üçün müsbət və “Omikron” üçün mənfi və ya COVID-19 üçün mənfi və “Omikron” üçün mənfi.
Qeyd edək ki, yeni test quru dondurulmuş şəkildə satılır. Bir paketdə 40 fərdi test dəsti var. Onlar otaq temperaturunda bir ilə qədər saxlanıla bilər.