Daha əvvəl bir çox hadisəni proqnozlaşdırdığı iddia edilən məşhur “The Simpsons” cizgi serialı indi də İstanbul zəlzələsi ilə gündəmdədir.
2024-cü ilə işarə edilən epizodda Türkiyədə süni yolla yaradılan zəlzələnin yer aldığı iddia edilib.
Sözügedən epizodda xəbər aparıcısı zəlzələ ilə bağlı açıqlama verib:
“46 mindən çox vətəndaşın öldüyü zəlzələnin baş verdiyi bölgədə daha bir zəlzələ baş verib və ölkənin fövqəladə hallar agentliyi zəlzələnin 6,3 bal gücündə olduğunu bildirib”.
Qeyd edək ki, “The Simpsons” daha əvvəl Donald Trampın prezident seçilməsi, COVID-19 pandemiyası, dünyada digər böyük zəlzələlərlə bağlı verdiyi proznozlar ilə diddət çəkmişdi.