Marqarita Simonyan sərt və aydın şəkildə Rusiya-Ermənistan münasibətləri haqqında həqiqəti və Paşinyan hakimiyyətinin total yalanını müəyyən edə bilib və buna görə də müdafiəyə ehtiyac duymur. O, Ermənistanın gələcəyi üçün çox şey edib. Məhz gələcəyi üçün – hansı ki, hazırkı hərbi reallıqda o gələcək gəlməyə də bilər.
Bu sözləri öz Teleqram kanalında Marqarita Simonyanın həyat yoldaşı, jurnalist Tiqran Keosayan paylaşıb.
“Axmaqları artıq xilas edə bilməzsən, ağıllılar isə hər şeyi doğru başa düşüblər. Paşinyanın erməni xalqının vahid qan dövranı sistemi kimi məhvi kursu, milli identifikasiyanı və dünyada yeganə müttəfiqini itirməsi respublikanın özünün mövcudluğu üçün real təhdid yaradıb. Burada dostluq haqqında saxta sözlərlə yaxa qurtarmaq mümkün deyil, burada addımlar atmaq lazımdır. Paşinyan Rusiya ilə konstruktiv dialoqa qadir deyil”, – deyə o bildirib.
Qeyd edək ki, Simonyanın mövqeyindən sonra ona qarşı Ermənistandan sərt tənqidlər səsləndirilir, onun erməniləri satdığı, “Putinin qulu” olduğu bildirilir.