SİMİB-nin fəalları və sədri Rasim Məmmədov Naxçıvan MR-ə innovativ layihə təqdim etdilər!

0
565

Mobil qruplar şəkilində görüşlərdə NMR-nın vətəndaşlarına Sabitlik və İnkişaf Mərkəzi, İNK, DAMMİB haqqında geniş məlumatlar təqdim olunub.

SİMİB-nin sədri və layihə eksperti Rasim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində müxtəlif istiqamətlərdə yerli QHT-lərin aktual layihələrini maliyyələşdirir. “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə “Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı dördaylıq layihəsi ilə qalib gələn Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyiicra planına uyğun olaraq, fəaliyyəti davam edir.