Şimali Koreya rəsmilərindən qəribə davranış: Bir il sonra qəfil maska taxmağa başladılar

0
352

Pandemiyanın başlamasından bir il sonra Şimali Koreya rəsmiləri Koreya Əmək Partiyasının qurultayı zamanı qəfildən koronavirusdan qorunmaq üçün maska taxıblar.

Şimali Koreya mediasının yayımladığı rəsmi şəkillər bunu sübut edir.

Rəsmi qeydlərə görə, Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla, rəsmilər konqresin əvvəlki altı günü də maska taxmayıblar.

Konqres iştirakçılarının bir neçə gün davam edən tədbirdən sonra niyə qəflətən maska taxması aydın deyil.

Qeyd edək ki, Şimali Koreya səlahiyyətliləri dəfələrlə pandemiya ilə mübarizədə nailiyyət qazandıqlarını və virusun ölkəyə girməsinin qarşısını almağı bacardıqlarını deyiblər.