Şimali Koreya liderindən aclıq təhlükəsi barədə XƏBƏRDARLIQ

0
395

Şimali Koreya lideri Kim Çen In Koreya Əmək Partiyasının plenumunda çıxışı zamanı ölkə əhalisinin ərzaq təminatında çətinliklərlə qarşılaşdıqlarını bəyan edib.

Bu barədə “Rodong Sinmun” nəşri xəbər verib.

Kim Çen In vurğulayıb ki, tufanın ölkəyə vurduğu zərərə görə taxıl istehsalının artımı üzrə plan yerinə yetirilməyib və bununla əlaqədar olaraq hazırda əhalinin ərzaqla təminatında gərgin vəziyyət yaranıb.

Kim Çen In həmçinin əlavə edib ki, karantin tədbirlərinin müddətinin artırılması Koreya Xalq Demokratik Respublikasında əhalinin geyim, qidalanma və evlə təminatında da çətinliklər yaradıb.