Koreya Xalq Demokratik Respublikasının idmançıları COVID-19 infeksiyasından qorumaq məqsədi ilə Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, qərar martın 25-də Şimali Koreya Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib.