Meyvə ağacları çiçəklədiyindən gecə şaxta olduğundan çiçəkləri don vurub. Bu da onu göstərir ki, bu il həmin kənd sakinləri meyvə üzünə həsrət qalacaqlar.
Srağagün gecədən Qubanın Xınalıq, Qırız, Dalıqaya və bir neçə kəndinə qar yağıb.
Qarın hündürlüyü 3-4 sm təşkil edir.
Amma aprel ayında yağan qar heç də kənd sakinlərinin ürəyincə olmayıb. Dalıqaya kənd sakini Alim İsmixanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yağan qar kənd təsərrüfatına ziyan vurub.
Belə ki, meyvə ağacları çiçəklədiyindən gecə şaxta olduğundan çiçəkləri don vurub. Bu da onu göstərir ki, bu il həmin kənd sakinləri meyvə üzünə həsrət qalacaqlar. Rayon sakinlərinin sözlərinə görə, yağan qarın soyuğu Qubanın başqa kəndlərində də kənd təsərrüfatına mənfi təsir göstərəcək.