Şifrələrini tez-tez unudanlar və hesablarına hücum olanlar üçün şad xəbər

0
36

Son zamanlar parollarını tez-tez unudan istifadəçilər üçün “Google”-dan şad xəbər var.

Şirkətin bu həll yolu ilə istifadəçilər artıq parollarını daim yadda saxlamaq məcburiyyətində qalmayacaqlar.

“WebTekno”-dan alınan məlumata görə, bu yenilik sayəsində “Google Assistant” parollarınızın oğurlandığını aşkar etdikdə avtomatik olaraq dəyişdirə biləcək.

“Chrome” təhlükəsizlik pozuntusu ilə qarşılaşdıqda xəbərdarlıq göndərəcək və oğurlanmış parolları dəyişdirmək üçün “Google Assistant”-ı yönləndirəcək.
Bu yeniliklə siz hesablarınıza daha asan və təhlükəsiz daxil ola biləcəksiniz.