Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu – FOTO/VİDEO

0
440

Kambocada siçovul mina və partlayıcı maddələr axtararkən göstərdiyi şücaətə görə medalla təltif edilib.

Gəmirici ümumilikdə 141.000 kvadratmetr ərazini araşdıraraq 39 mina və 28 başqa maddə tapıb.

O da bildirilir ki, Maqava ləqəbli siçovul itlərdən sonra bu mükafata layiq görülən ilk heyvandır.

Nəşrin məlumatına görə, Kamboca ərazisində vətəndaş müharibəsi ilə əlaqədar 1975-1998-ci illərdə altı milyona yaxın mina düzülüb. Beləliklə, bu heyvanların işi sakinlərin həyatını xilas etmək olub.