Şeyx: “Çoxarvadlılıq “Quran”da yazılıbsa, o, şeyxə də aiddir”

0
448

“Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin “Sevdalılar” kitabına müsahibəsi. yayımlanıb

“Çoxarvadlılıq Allahın “Quran”da buyurduğu qanundu. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdı. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdı. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdi. Müharibələr zamanı nəsil artımı üçün. “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram.