Seysmoloq Osman Bektaş Türkiyənin Tokatın Sulusaray rayonunda baş verən zəlzələ ilə bağlı qiymətləndirmə apararaq 4 şəhərlə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, sosial media hesabından açıqlama verən seysmoloq son günlər baş verən zəlzələlər haqqında danışıb. Daha sonra isə o Tokat, Çorum, Adana və Mersinə xəbərdarlıq edib.
O, dağıdıcı olmayan zəlzələrin olacağını deyib:
“Müşahidə zamanı məlum olub ki 7 ballıq fay xətti var. Yeraltı nasazlıqlar onu göstərir ki, 7 baldan kiçik zəlzələlər ola bilər. Şərqi Anadolu fay sisteminə bağlı olan 7,8 və 7,5 Maraş zəlzələ cütü, Malatya-Adana-Mersini qarşılıqlı təsir edən Şimali Anadolu fay sistemini də aktivləşdirir”.