
Əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi kapitanı Xesus Navası itirib.
Komandanın 34 yaşlı futbolçusunun La Liqanın XVI turunun “Valyadolid”lə (1:0) matçında zədələndiyi bildirilir. Sol ayağında ağrılar hiss edən “Mançester Siti”nin sabiq futbolçusu görüşün 89-cu dəqiqəsində serbiyalı futbolçu Nemanya Qudellə əvəzlənib. Onun durumuna bu gün aydınlıq gələcək.
Qeyd edək ki, “Sevilya” – “Qarabağ” qarşılaşması noyabrın 28-də baş tutacaq.