Sertifikasiya imtahanının ikinci mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaqlar – RƏSMİ

0
215

“Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır”.

bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, artıq müsahibə komissiyaları yaradılıb:

“Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə ənənəvi formatda olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər”.

Nazir qeyd edib ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti ildə sertifikasiya imtahanı keçiriləcək:

“Təşkil ediləcək təkmilləşdirmə kursları onlara kömək olacaq, həm həyəcanlarını dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir”.