Serj Sarqsyanın arvadı ağır vəziyyətdə reanimasiyada yatır

0
389

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın arvadı Rita Sarqsyan “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

“Rita Sarqsyan xəstəxanaya çatdırılıb, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır, artıq iki həftədir bu haldadır”, – deyə A.Qnuni bildirib.

Xəstənin yaxınları onun hansı səbəblə bağlı xəstəxanada olduğunu gizli saxlasa da, nəşr tibbi mərkəzdəki mənbələrə əsasən Rita Sarqsyanın koronavirus xəstəsi olduğunu qeyd edib.