Monteneqro və Serbiya arasında diplomatik qalmaqal yaranıb.
Sutka ərzində Podqoritsa və Belqrad qarşılıqlı olaraq səfirlərin qovulduğunu elan ediblər.
Xatırladaq ki, noyabrın 28-də Monteneqro XİN Serbiya səfiri Vladimir Bojoviçi “uzun illər ölkənin daxili işlərinə qarışmaq”da ittiham edərək arzuolunmaz şəxs elan edib. Cavab olaraq Serbiya tərəfi 72 saat ərzində Monteneqro səfiri Tarzan Miloşeviçin ölkəni tərk etməsini tələb edib.